Apreldə xəbər verdiyimiz kimi, kinematoqrafçılar, gənc ssenaristlər, bu peşənin incəliklərini öyrənmək istəyənlər üçün davamlı təşkil dilən silsilə təlimlər sırasında “36 dramatik vəziyyət” adlı təlimə qəbul elan etmişdi.
Kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında hazırlanıb.
Mayın 17-də təlimin üçüncü dərsi baş tutub. Dərsdə iştirakçılara postmodernizm, Aristotelin nəzəriyyəsi, klassik arxetiplər və dramaturgiyanın digər vacib məqamları barədə bilgilər verilib.

Təlimlərdə ümumi nəzəri mühazirələrlə yanaşı, Jorj Poltinin nəzəriyyəsinin praktiki tətbiqi də mentor tərəfindən izah olunur. O cümlədən, iştirakçıların yazdığı sinopsislərin inkişaf etdirilməsi üçün fərdi məşğələlərin də keçirilməsi planlaşdırılır.
aki.az

