Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 4 iyul 2025-ci il tarixində keçirilmiş iclasında prodüser Emil Nəcəf və yazıçı, ssenarist Pərviz Seyidli AKİ-yə üzv qəbul olunublar.
Emil Nəcəf 1980-ci ildə anadan olub. 2010-2022-ci illərdə “Ultra production” şirkətində prodüser kimi fəalyyət çalışıb. Bu illər ərzində şirkətin öz istehsalı və digər yerli və xarici kino istehsalı ilə məşğul olan şirkətlərlə birgə istehsalı olan bütün layihələrin icraçı prodüseri olub. 2022-2024-cü illərdə “Azərbaycanfilm” kinostudiyasının direktor müavini kimi çalışıb.
Filmoqrafiya:
“Sabiri düşünərkən” sənədli film; İcraçı prodüser, (rejissor Yavər Rzayev)
“Səttarın Azərbaycanı” sənədli film; İcraçı prodüser, (rejissor Rafiq Hüseynov)
“Kapitan” sənədli film; İcraçı prodüser, (rejissor Fuad Şabanov)
“İnkoqnito” qısametrajlı bədii film; prodüser, (rejissor Zaur Qasımlı)
“Paradoks” qısametrajlı bədii film prodüser (rejissor Emil Quliyev)
“Ümid” qısametrajlı bədii film prodüser (rejissor Emil Quliyev)
“Bayram axşamı “ tammetrajlı bədii film prodakşn menecer (rejissor Toğrul Məmmədov)
“Oğlan evi” tammetrajlı bədii film prodakşn menecer (rejissor İlham Qasımov)
“Qız qalası əfsnəsi” tammetrajlı bədii film prodakşn menecer (rejissor İlham Qasımov)
“Məhvolma” qısametrajlı film prodüser (Elvin Adıgözəllə birgə) (rejissor İqor Smola)
“Balıqlara Xütbə” (desert fish) tammetrajlı bədii film həmprodüser (rejissor Hilal Baydarov)
“Hasar” qısametrajlı bədii film prodüser (rejissor Qulu Əsgərov) “Böyük Qayıdış” müsabiqəsinin qlibi
“Mənim Sehirli Dünyam” tammetrajlı bədii film prodüser (Maria İbrahimova ilə birgə) (rejissor Elvin Adıgözəl)
“Qız qalası” qısametrajlı bədii film prodüser (Fariz Əhmədov və Orxan Dadaşovla birgə) rejissor Mehdi Ağayev
“Yadlar” qısametrajlı bədii film prodüser (Orxan Ağazadə ilə birgə) rejissor Daniel Quliyev”
“Men orda tək olmuşam” tammetrajlı bədii film co-prodüser (rejossr Emil Quliyev)
******************
Pərviz Seyidli 1992-ci ildə anadan olub. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində dram rəhbəri vəzifəsində çalışır. 2022-ci ildə “PS Ssenari Mərkəzi”ni təsis edib və həmin mərkəzin rəhbəri kimi fəaliyyətini davam etdirir. Paralel olaraq yazıçı, ssenarist, dramaturq kimi aktiv fəaliyyətdədir.
Filmoqrafiya:
“Dəfnə ağacı”– serial (ssenari müəllifi)
“Sən olmasaydın – Qisas” – serial (ssenari müəllifi)
“Laləli saray” – serial (ssenari müəllifi)
“Sarı gəlin” – serial (ssenari müəllifi)
“Könül yarası” – serial (ssenari müəllifi)
“Yad gəlin” – serial (ssenari müəllifi)
“Atılmışlar” – serial (ssenari müəllifi)
“Simurq” – serial (ssenari müəllifi)
“Yalan həqiqət” – serial (ssenari müəllifi)
“İfşa – çətin hədəf” – serial (ssenari müəllifi)
“Çinar kölgəsi” – serial (ssenari müəllifi)
Hər iki həmkarımıza gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
aki.az

