Martın 18-də Azərbaycan Kinematoqrafçılar ittifaqında Sloveniyanın RTV kanalının əməkdaşları ilə görüş keçirilib. AKİ-nin katibi, rejissor və prodüser Tahir Tahiroviçlə baş tutan görüşün mövzusu, sözügedən telekanalın Bakıda əfsanəvi partizan Mehdi Hüseynzadə haqqında filmin çəkilişi olub.


Tahir Tahiroviç, müəllifi olduğu “Təxəllüsü: Mixaylo” filminin çəkilişlərindən qonaqlara bəhs edib və Mehdi Hüseynzadə haqda olan arxiv materiallarını həmkarlarına təqdim edib.
Görüş zamanı, Sloveniya ilə sıx yaradıcı əlaqələrin şərəfinə Bakıda təsis edilən “Nova Gorica ” kino mərkəzindən söhbət açıb. RTV telekanalının əməkdaşları Zvezdan Martiç, Ziga Ropret və Ales Zivec T. Tahiroviçə onun təsis etdiyi kino şirkətinə Sloveniyanın şəhərinin adının verilməsindən məmnunluqlarını və təşəkkürlərini bildiriblər.
aki.az

