“Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı” Ümumrusiya ictimai təşkilatının Şimali Osetiya Respublikası şöbəsi görkəmli teatr və kino aktyoru Rasim Balayevin vəfatı ilə bağlı mərhumun doğmalarına və yaxınlarına, dostlarına və həmkarlarına başsağlığı verir.
Rasim Balayev SSRİ-nin bir çox kinostudiyalarında çəkilib. Tamaşaçılar onu “Alovlu yollar” (“Özbəkfilm”), “Babək”, “Nəsimi” və digər filmlərdəki rollarına görə seviblər.
Rasim Balayev Şimali Osetiya televiziya filmləri studiyasında çəkilmiş İzmail Burnasevin “Dağ novellası” və “Dikdir”, Rafael Qasparyantsın “Qoca ovçunun incikliyi”filmlərində unudulmaz obrazlar yaratmışdır.
Qoy onun ruhu şad olsun, surəti kino lentlərində, xatirəsi sevdiklərinin qəlbində əbədi yaşasın.
Bütün üzvlər adından Şimali Osetiya Kinematoqrafçılar İttifaqının rəyasət heyətinin sədri İ.T. Çerdjiyeva.
Qeyd edək ki, Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar Qırğızıstan Kinematoqrafçılar İttifaqının sədri Busurman Odurakayev, Qazaxıstan Kinematoqrafçılar İttifaqının katibi Satıbaldı Tekeyev və Ermənistan Kinematoqrafçılar İttifaqı da başsağlığı məktubları ünvanlayıblar.

