Rasim Balayevin dünyasını dəyişməsi çox böyük itkidir. Bu itki yalnız Azərbaycan xalqının itkisi deyil. Bu itkinin acısı o heyrətamiz insanla şəxsən tanış olan və yaratdığı rolları ekranda izləyən hər bir tamaşaçıya aiddir. Onun özü kimi gözəllik və ustalıq saçan mülayim, xeyirxah, müdrik obrazları Azərbaycan xalqına və onun mədəniyyətinə hörmət və çox böyük populyarlıq gətirib.
Ömrünün son illərində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olaraq o, ölkənin bütün kinematoqrafçılarının birliyi naminə çox işlər gördü, doğma kino sənətinin yüksək inkişaf mərhələsi və yaşadığı dövrün ab-havasının bərpası üçün çalışdı.
Əziz dostumuz, sən hər zaman bizim ürəyimizdə və sənin sənətkarlığınıa minnətdar olan tamaşaçılarının xatirəsində yaşayacaqsan. Sənin yerin hər zaman görünəcək, çünki sən əvəzolunmaz insan və sənətkar idin.

Türkmənistanın və SSRİ-nin Xalq artistləri Xocaqulu Narliyev və Maya Aymedova.

