Həmrəyliyimiz xilasımızdır!

Məlum olduğu kimi xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Qərara əsasən, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişin daşıma fəaliyyəti, həftə sonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Bundan başqa, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Bildiyimiz kimi, kinematoqrafiya pandemiyadan xüsusi zərər görmüş sahələrdəndir. Görülmüş tədbirlər sayəsində bu sahədə işləyən  şirkətlərə, fiziki şəxs kimi əməkdaşlıq edən kineamatoqrafçılara hökümət tərəfindən müəyyən qədər kompensasiya ödənilib. Karantin günlərinin uzanması kino fəaliyyətini, daha konkret desək, kino çəkilişi və nümayişini tamamilə dayandırıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı həmkarlarımıza müraciət edərək onları səbrli və ehtiyyatlı olmağa səsləyir: “Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət edək. Hazırda çəkiliş meydançalarından bir qədər uzaq düşsək də, ssenari yaradıcılığıı, kino layihələrinin dizaynı, kino tariximizn tədqiqi kimi fəaliyyət sahələri üçün müəyyən şərait var. Yaşadığımız bu günlər neçə-neçə bədii və sənədli filmlərin materialıdır. Bu səbəbdən karantinli günlər təkcə ehtiyyat və səbrimizi imtahana çəkmir, həm də yeni-yeni kino layihələrimizə zəngin material verir. Pandemiya sonrası dövrə əlimizdə hazır ssenarilər və kino layihələri ilə qədəm qoymalı, eyni zamanda istehsalatın dayandığı bu günləri kinomuzun durumunun müzakirəsinə, yeni təkliflərin formalaşmasına sərf etməliyik. Bir-birimizə dəstək olaq, həmrəy olaq! Həmrəyliyimiz xilasımızdır!”

aki.az