Azərbaycanlı kaskadyorlar ”Tomris” filmində

Türk dünyasının ilk qadın hökmdarı Tomris xatunun həyatı haqqında film çəkilib.Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin sifarişi ilə çəkilən film “Satayfilm” kinostudiyası ilə birlikdə “Qazaxfilm” kinostudiyasının ortaq işi olaraq həyata keçirilib.

Film e.ə. VI əsrin hadisələrinə həsr olunub, Tomrisin xatunun əmriylə  massagetlərlə müharibə zamanı fars çarı Kirin ölümü haqqında hekayənin Herodotuna əsaslanır. Balaca bir qızın bacarıqlı bir döyüşçü kimi yetişməsi, yaxın insanların itkisini yaşamaq, xəyanətçilərdən intiqam almaq və Müqəddəs qəbilələrini öz səlahiyyətləri altında birləşdirməsi filmin əsas qayəsini təşkil edir.

Filmdə çoxlu sayda döyüş səhnələri, at çapması, ox atışları, qılınc üzərində vuruşmalar geniş kadrlarlarla əks olunub.

Tomris filmində azərbaycanlı aktyorlar da rol alıb. “Action Academy”nin təssisçisi və “Sains Team”ın rəhbəri Sain Fərmanlı komandası ilə birgə “Tomris” filminin döyüş səhnələrində aktiv iştirak edib. Sain Fərmanlı komandası ilə birgə kaskadyor komandası olan “Nomad STUNTS”ın üzvü və Azərbaycandakı nümayəndəsidir. Jaydarbek Kunqujinov tərəfindən dəvət alan kmanda Sain Fərmanlı, Tural Şirməmmədov, Tural Xəlili. Emin Abışov, Vüqar Məmmədovdan ibarətdir.

Sain Fərmanlı bildirib ki, filmin çəkilişləri çox yüksək səviyyədə keçirilib: Təxminən 75 nəfər, eyni zamanda Azərbaycandan beş nəfər kaskadyorlar iştirak edib. Qazaxısatan kinosunda ən böyük tarixi layihələrdən olan “Tomris” filminin çəkilişlərində iştirak etməyə dəvət olunmağımız bizim üçün böyük şərəfdir. Bu, bizim peşəkarlığımızdan xəbər verir, axı hər kəsi belə böyük layihələrə dəvət etmirlər. Bizim kaskadyorlarımızdan biri çar Kirin döyüş səhnələrini canlandırıdı, digərləri isə döyüşçülərin çətin tryuklarını həyaya keçirirdi. 10-12 saat atlarla işlədik, ço çətindi, isti hava şəraiti çəkilişi daha da çətinləşdirirdi. Çəkiliş zamanı planlaşdırılmamış fəndlər, improvizasiyalar da və əlbəttə ki, zədələr də olub – atların ayaqları altında qalanlar, atla arabanın arasında ilişib qalanlar olurdu”.

Filmin çəkilişlər Qazaxıstanın müxtəlif yerlərində lentə alınıb.

Filmin yaradıcı heyəti: Ssenari müəllifləri-Aliyə Nazarbayeva və Timur Jaksılıkov, rejissor-Akan Satayev.

Rolları ifa edirlər: Almira Tursın (Tomiris), Adil Əhmədov (Arqun), Yerkebulan Dayirov (Harasp), Berik Aytjanov (Kurtun), Azamat Satıbaldı (Kavaz), Həsən Məsud (kir) canlandırıblar.

aki.az