Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbələri Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri oldu
Dekabrın 10-dan 15-dək ölkəmizdə 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı baş tutdu. Prodüser Fehruz Şamıyevin rəhbəri olduğu “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film təqdim edilib,85 film festivalın Beynəlxalq, Yerli və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbələri-rejissor Elnur Paşanın çəkdiyi “Quyu” filmi və rejissorAzər Allahverdiyevin quruluş verdiyi “Üç yol” filmi uğurla festivalın müsabiqə proqramında iştirak ediblər.
Rejissor Azər Allahverdiyevin “Üç yol”filmi festivalın yerli filmlər müsabiqəsində “Ən yaxşı bədii film və “Ən yaxşı ssenari” kominasiyasında qalib olub. Film kənddən şəhərə işləməyə gəlmək üçün planlar quran 3 dostun xəyanətə uğraması və planlarının pozulması fonunda onların yaşadıqları hisslərin təsviri üzərində qurulub. Filmdə əsas rolları Coşqun Hüseyn, Ülvi Behbud Vüsal İman və Xəzər Behbud oynayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin istehsalı olan, rejissor Elnur Paşanın çəkdiyi “Quyu” filmi Münsiflər heyətinin diplomunu qazanıb. Psixoloji dram janrında çəkilən filmdəki hadisələr ucqar bir kənddə su axtarışı məqsədilə quyu qazılması ritualı üzərində qurulub.Baş rolları Tofiq Seyidov və Vüsal Rzasoyun oynadığı filmin çəkilişləri Naxçıvanda lentə alınıb.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun bədii rəhbər olduğu, kinorejissor Oleq Səfərəliyevin rəhbərlik etdiyi Kino Məktəbində “Kinodramaturq”, “Kinorejisorluğu”, “Animasiya filmi rejissoru” peşələri üzrə kurslar fəaliyyət göstərir.
11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərini təqdim edirik.
FESTİVALIN YERLİ MÜSABİQƏSİNİN QALİBLƏRİ:
- Ən yaxşı bədii film – “Üç yol”Rejissor: Azər Allahverdiyev
- Ən yaxşı sənədli film – “Bir ata haqqında” Rejissor:Toğrul Musa,Nurlan Həsənli
- Ən yaxşı animasiya filmi – “Quzğun” Rejissor: Fidan Axundova
- Ən yaxşı sosial çarx – “Tezliklə” Rejissor: Nicat Qədimli
- Ən yaxşı ssenari – “Üç yol” Rejissor:AzərAllahverdiyev
- Münsiflər heyətinin diplomları
“Quyu” -Rejissor:ElnurPaşa
“Sükut” -Rejissor:Ceyhun Türksoy
“Anamla dəqiqələr” – Rejissor:Sənan Səfərov
“Züleyxa ilə dialoqlar” – Rejissor:Rəşid Ağamalıyev
- Cinemobil – “Ən yaxşı film”
“Bir zamanlar Dərnəgüldə” – Rejissor:Sənan Səfərov
- “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı
“Bakı küləyi” – Rejissor:Şirin Əhmədov
– “AzərNyuMedia”şirkətinin mükafatı
“Döngə” -Rejissor:Vəfa Ağabalayeva
- “ÖZ FİLM” şirkətinin xüsusi diplomu
“Tıq-tıq və dostları möcüzələr axtarışında” – Rejissor:Sultan Abbasbəyli
FESTİVALIN BEYNƏLXALQ MÜSABİQƏSİNİN QALİBLƏRİ:
- Ən yaxşı bədii film – “Stiker-Stiker”Rejissor:Georgi M.Unkovski (Makedoniya)
- Ən yaxşı sənədli film – “Siz evdə olmalıydınız, səfehlər”(YOU SHOULD HAVE STAYED HOME, YOU MORONS) Rejissor:İnes Luis (Portuqaliya)
- Ən yaxşı animasiya filmi – “Təbii seçim”(NATURAL SELECTİON) Rejissor:Aleta Rajiç (Bosnia-Hersoqovina)
- Ən yaxşı rejissor– “Çarpayı”(THE BED) Rejissor:Daniela Abad Lombana (Kolumbiya)
- Ən yaxşı sənədli film rejissoru – “Səmalar” (THE HEAVENS) Rejissor:Manuel Marini (İtaliya)
- Ən yaxşı animasiya rejissoru – “Gəl, dünən görüşək”(LET’S MEET YESTERDAY) Rejissor: İva Tokmakçieva (Bolqarıstan)
- Münsiflər heyətinin xüsusi mükafatı – “Əbədi gecə”(PERPETUAL NIGHT) Rejissor:Pedro Peralta (Portuqaliya)
- Münsiflər heyətinin xüsusi diploma – “Uodun xına mərasimi”(WARD’S HENNA PARTY Rejissor: Morad Mustafa (Misir)
- Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı – “Sərsərilər” (DRİFTERS0) -Rejissor: Jay Ualker
aki.az