AFAQ YUSİFLİ: İNTENSİV KURSLAR ÖZ EFFEKTLİYİNİ GÖSTƏRDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqı bu il ərzində Şəki və Bakıda gənc kinematoqrafçılar  üçün nəzərdə tutulmuş “Kino istehsalı A-dan Z-yə” rejissorluq emalatxanası və İsveçrə Əməkdaşlıq təşkilatı ilə birgə “Peşəsi ssenarist: Qadın müəlliflər üçün ssenari emalatxanası” layihələrini həyata keçirmişdir.

Bundan əlavə “ASAN Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihəsi adı altında ssenari və rejissorluq ixtisası üzrə yeni başlayan gənclər üçün 3 aylıq kurs həyata keçirilmişdir.

Layihələrin koordinatoru , Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr üzrə məsul meneceri Afaq Yusiflinin sözlərinə görə İttifaqın təhsil sahəsində, fəaliyyətində intensiv kursların özünəməxsus yeri var. AKİ-nin katibi Oleq Səfərəliyevin rəhbərliyi ilə Kino İttifaqın Kino Məktəbinin iki illik kursları ilə yanaşı intensiv kursları öz effektliyini göstərdi. İttifaq olaraq bundan sonra da bu  formatda layihələr üzərində işləyirik, xarici mentorların dəvəti istiqamətində də düşünürük. Həmkarlarıma müraciət edib, İttifaqla bu istiqamətdə interaktiv olmağı, təşəbbüslər göstərməyə çağırıram. İttifaq olaraq kino sahəsində daha çox ehtiyac olan sahələr üzrə kursların təşkilində maraqlıyıq.

Xatırladaq ki, “Kino istehsalı A-dan Z-yə” kurslarının təlimçisi Əməkdar incəsənət xadimi Mirbala Səlimli, “Peşəsi ssenarist: Qadın müəlliflər üçün ssenari emalatxanası”nın təlimçisi isə ssenarist və rejissor Cavid Zaidov olub. İttifaq 2023-cü il ərzində də intensiv kursların təşkilini planlayır.

aki.az