AKİ gənc rejissorun səfər xərclərini qarşılayıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə “CineDoc Tbilisi Mentoring” proqramında “Qara pişik, ağ şanı” sənədli film layihəsilə iştirak etmiş gənc kinorejissor Ələmdar Faiqin sözügedən layihəsi  həmin proqram çərçivəsində “Current Time TV” mükafatını qazanıb.

Sənədli filmin çəkilişləri hazırda yekunlaşmaq üzrədir. Film artıq “Caucasus cinema” platformasında iştirak haqqı qazanıb. “Caucasus cinema” 7-29 oktyabr tarixlərində Gürcüstanda keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqı rejissorun bu layihədə iştirakı üçün yol xərclərini ödəməyi öz üzərinə götürüb. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı bu layihənin ərsəyə gəlməsinə kiçik maliyyə dəstəyi ayırıb.

aki.az