AKİ iki gənc rejissorun filminə qrant ayırıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc rejissorlar Qulu Əsgərovun “Mən burdayam, ilahi” tammetrajlı bədii filminin post-prodakşn mərhələsinə və Lətif Lətifsoyun “Səlibçi” qısametrajlı bədii filminə kiçik qrant ayırıb.

“Mən burdayam, ilahi” filmi İkinci Qarabağ müharibəsində yaralanmış qazinin həyatından bəhs edir. “Cineart” şirkətinin istehsalı olan filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadə, prodüseri Nicat Dadaşov və Həsən Axundovdur.

“Səlibçi” filmi ailədə ər-arvad arasındakı mürəkkəb və konservativ münasibətlərdən bəhs edir. Filmdəki hadisələr bir otaqda və bir gündə cərəyan edir.

aki.az