AKİ: Milli Kino telekanalı yaradılsın
“Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilmiş Kino Forumunun nəticələrini kinematoqrafçılar ictimaiyyəti yüksək qiymətləndirir. Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu tipli tədbirlərin davamlı olmasını vacib hesab edir. Xüsusilə, AR Mədəniyyət nazirliyinin işə konstruktiv yanaşması müsbət təəssürat bağışlayır. Forumdan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Mədəniyyət nazirliyinə əməli təkliflər təqdim edib. Təkliflərə kino təhsili, kinonun maliyyələşmə siyasəti, kinofestivallar, kino sahəsində icitimai təşkilatlar, Kino evinin təsisi, yaradıcılıq və ideologiya, Dövlət Film Fondunun texniki təchizatının yenilənməsi, sosial siyasət və milli kino telekanalının təsisi daxildir.
Təkliflərdən biri, milli kinonun müsbət imicinin formalaşması, təbliği üçün milli filmlərin nümayişi üzrə formalaşan “Bizim kino” televiziya kanalının təsis edilməsidir. Azbüdcəli kabel telekanalı olaraq milli kinonun təbliği, layihənin əsas məqsədi olmalıdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, belə bir kanalın təsisi, milli filmlərimizin reytinqini, tamaşaçı sayını artırar, yeni filmlərin geniş tamaşaçı kütləsi tərəfindən tanınmasına səbəb olar.
aki.az