AKİ rejissor İlkin Yusifin yeni filminə maliyyə ayırıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinorejissor İlkin Yusifin “Sən haralısan durna?” adlı yeni bədii-sənədli filminə maliyyə ayırıb.

Film, adı “Qırmızı kitab”a düşmüş, öz populyasiyasında sağ qalmış yeganə fərd olan Ümid adlı ağ Sibir durnası haqqındadır. Filmin ideya müəllifi, ssenaristi və rejissoru İlkin Yusif, prodüseri Emil Nəcəfovdur.

aki.az