“Anamın kitabı” çoxseriyalı bədii filminin təqdimatı dekabrda baş tutacaq

İTV Cəlil Məmmədquluzadənin eyniadlı dram əsərinin motivləri əsasında “Anamın kitabı” adlı 12 seriyalı filmin çəkilişlərinə start verib.

Qeyd edək ki, faciə-dram janrında lentə alınan film, İctimai Televiziya, Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi əsasında ərsəyə gəlib və çəkilişlər avqust-sentyabr aylarında Astara və Lənkəran rayonlarında aparılıb.

Filmin ssenari müəlliflərindən biri və Elməddin Əliyevlə həmrejissoru olan Xəyyam Abdullazadə qeyd edib ki, İctimai Televiziya ilə birgə bir neçə layihə həyata keçirib. Və onlardan biri də görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı həyata keçirilən “Solğun çiçəklər” filmi idi: “Bu film Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə 8 seriyadan ibarət layihə kimi təqdim olundu. Bu il isə “Anamın kitabı” əsərinin ekranlaşdırılması ideyası yarandı və İTV-nin rəhbərliyi bu ideyanı dəstəklədi”.

Xatırladaq ki, 12 hissədən ibarət olan film dekabrın 4-dən etibarən İctimai Televiziyada tamaşaçıların görüşünə gələcək.

Filmin yaradıcı heyəti: Ssenari müəllifləri Xəyyam Abdullazadə, Natiq Babayev, Nurlan Həsənli, Zaur Rzayev, quruluşçu rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, bəstəkarı Araz Hümbətov, səs rejissoru Orxan Ağalarov, montajçı Elçin Elxanlı, qrim üzrə rəssam Adilə Fərruxova, baş prodüseri Balakişi Qasımov, prodüserləri Yalçın Verdiyev və Elməddin Alıyevdir.

Rollarda iştirak edirlər: Əməkdar artistlər Almaz Amanova, Loğman Kərimov, aktyorlar Murad Məmmədov, Asiman Ağa Rövşən, Ziya Ağa, Esmiralda Abdullayeva, İoanna Frenşdant, Sabirə Abdullayeva, Anar Mikayılov, Elxan Quliyev, Namis Şirməmmədov, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Səyyad Əli və Emin Nəsirli.

aki.az