``Animafilm məktəb``inin ilk vorkşopu baş tutdu

Animafilm Festivalı çərçivəsində yenicə yaradılan “Animafilm məktəb”inin ilk vorkşopu baş tutdu. Uşaqlar üçün təşkil olunan vorkşop, azyaşlılara öz filmini qurmaq zövqünü yaşadıb. Vorkşop zamanı iştirakçılar “stop motion” texnikası ilə kiçik animasiya rolikləri hazırlayıblar. İlk vorkşopun müəllimi II Animafilm festivalının qrafik dizayneri Nəzrin Əlizadə olub.

Xatırladaq ki, “Animafilm məktəb”inin ilk vorkşopu Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı