AR Prezidentindən Kino Agentliyilə bağlı növbəti addım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

  1. “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
  2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100000 (bir yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
  4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

4.1. Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

AR Kino Agentliyinin nizamnaməsiylə bu linkdən tanış ola bilərsiniz:

Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi

aki.az