Azərbaycan Animasiya Assosiasiyasının saytı fəaliyyətə başlayıb

Azərbaycan Animasiya Assosiasiyasının www.anima.az saytı fəaliyyətə başlayıb.

Saytın yaradılmasında məqsəd Azərbaycan animasiya kinosunun inkişafına yardım etməklə yanaşı, eyni zamanda assosiasiyanın  müntəzəm olaraq keçirdiyi yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirləri geniş auditoriyaya yaymaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmağı,  milli animasiya maraqlarını müdafiə etməyi, milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi də qarşısına məqsəd qoyub.

2016-ci ildən fəaliyyətə başlayan Azərbaycan Animasiya Assosiasiyası haqqında geniş məlumatı assosiasiyanın rəsmi saytından əldə edə bilərsiniz.

www.anima.az iki dildə – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

aki.az