Azərbaycan filmi Berlin Beynəlxalq Kinofestivalında

Azərbaycan və Türkiyənin birgə layihəsi əsasında növbəti ekran əsəri işıq üzü görəcək. Yazıçı Meyxoş Abdullayevin “Alagöz” hekayəsi əsasında ekranlaşdırılan filmə rejissor Mariya İbrahimova quruluş verəcək. Bu layihə kinofestival üçün seçilib.

70-ci Berlin Beynəlxalq kinofestivalı fevralın 22-26-da keçiriləcək. Azərbaycan rejissoru Mariya İbrahimovanın kinolayihəsi olan “Alagöz” (Hazel Eyes)  filmi “Talent Project Market” müsabiqəsinin nominasiyasında iştirak üçün seçilib.

Yeri gəlmişkən, M.İbrahimova bir çox filmlərə (“Allaha Məktub”-qısametrajlı film, “Miss Qulaq”-sənədli film və s.) quruluş verib. Bundan başqa, Azərbaycanda qadınlara kino sənayesi sahəsində karyera qurmaq üçün ilk addımlar atmağa kömək etmək üçün “Hərəkətdə qadınlar” layihəsini təsis edən Mariya xanım artıq bir neçə dəfədir ki. Berlin kinofestivalında iştirak edir.

Xatırladaq ki, “Berlinale 2020” kinofestivalına bu dəfə dünyanın 36 ölkəsindən 34 bədii film layihəsi təqdim edilib. Azərbaycan uzun illər ərzində ilk dəfə olaraq bu festival Mariya İbrahimovanın “Alagöz” layihəsini təqdim edəcək. Beynəlxalq çəkiliş qrupu cəlb edildiyi filmin çəkilişləri 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq. Filmin mövzusuna gəlincə, evakuasiya zamanı itkin düşmüş Qarabağ atı və işğal altında olan Kəlbəcər qaçqınının axtarışı üzərində qurulub.

Filmin prodüseri Zeynep Özbatur Atakandır (Türkiyə) Nuru Bilgəh Ceylanla birgə. O, “Üç meymun”, “Bir dəfə Anadoluda”, “Qış yuxusu” kimi filmləri ilə dünya səviyyəsində tanınan prodüserlərdən biridir.

Son olaraq onu da qeyd edək ki, yazıçı Meyxoş Abdullayevin “Alagöz” hekayəsi 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş” mükafatına layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı