AZƏRBAYCAN KİNO MƏKTƏBİ DİNLƏYİCİ QƏBULU ELAN EDİR

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbi dinləyici qəbulu elan edir.

Xatırladaq ki, Kino məktəbinin bədii rəhbəri Rüstəm İbrahimbəyovdur.2019-cu ilin 25 iyunundan “Animasiya”, Kinodramaturgiya”, Kino və televiziya rejissorluğu” kurslarına ərizə qəbulu  başlayır.Dərslər əyani və ödənişsiz əsaslarla keçiriləcək.Təhsil müddəti iki ildir. Məşğələlər Azərbaycan və rus dillərində aparılacaq. Yaradıcı müsabiqə keçmiş şəxslərə üstünlük veriləcək.Kino məktəbində məşhur xarici rejissorların və ssenari yazarlarının master klassları təşkil olunacaq.

Maraqlananlar aşağıdakı nömrələrə müraciət edə bilər: (+99412) 497-19-10, (+99450) 666-81-15. E-mail: [email protected] . Məktubun mövzusu  – “Kino məktəbi”.

Azərbaycan Kiematoqrafçılar Ittifaqının Mətbuat Xidməti