“Azərbaycan Kinematoqrafiyası İnkişaf Konsepsiyası”nın növbəti müzakirəsi keçirilib

Mədəniyyət Nazirliyinin Kino Şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan Kinematoqrafiyası İnkişaf Konsepsiyası”nın növbəti videomüzakirəsi keçirilmişdir. Müzakirədə AR Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Kinematoqrafiya şöbəsinin müdiri  Rüfət Həsənov, Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  kafedra müdiri Rafiq Quliyev,  “Adari Film” prodüser mərkəzinin rəhbəri İradə Bağırzadə, “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Səlnamə” kinostudiyasının direktoru Nazim Hüseynov, “Bakı Media Mərkəzi”nin direktoru Orman Əliyev, “Debüt” studiasının direktoru Orxan Abbasov, Azərbaycan Kinematoqrafçılar İttifaqınıln katibi Əli İsa Cabbarov, kinorejissor Asif Rüstəmov, hüquqşünas Fikrin Bektaşi iştirak etmişlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən alınan məlumata görə, kino konsepsiyanın inkişafı üçün verilən təkliflərə İşçi qrupu tərəfindən diqqətlə qarşılanmasını məmnunluqla qeyd edilir və kino şöbəsinin yeni heyətinin iş üslubundan, müzakirənin işgüzar atmosferindən razı qaldıqlarını qeyd etmişlər. İştirakçılar kino inkişafı konsepsiyası mətnini ümumi dəstəkləməklə detallarla bağlı təklifləri səsləndirmişlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildirmişlər ki, nazirliyin Kinematoqrafiya şöbəsilə  kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatların konstruktiv iş birliyi kinomuzun inkişafına müsbət təsir göstərəcək amildir.

aki.az