Azərbaycan Yazıçılar Birliyi - 85

Bu il şanlı tarixi keçmişə malik Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 85-ci ili tamam olur. Təşkilatın keçdiyi tarixi keçmişə nəzər salarkən şahid oluruq ki, AYB milli ədəbiyyatın inkişafında, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlərə malikdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmişdir. Əlbəttə ki, görülən bu işlər məhz AYB-də bir araya gələn, birliyin sədri Anar müəllimin dediyi kimi, yalnız ədəbiyyata xidmət edən, buna baxmayaraq müxtəlif siyasi baxışları olan insanlar xidmətləri sayəsindədir. 1934-ci ildən bu yana keçdiyi şərəfli yol, onlarla, yüzlərlə qələm əhlinin yetişməsində böyük rol oynayan, ədəbi düşüncənin inkişafı, yeni ədəbi nəslin yetişməsi, yeni-yeni yaranan əsərlər və s. bir daha sübut edir ki, Azərbaycan Yazıçılar Birliyi, azərbaycançılıq məfkurəsinin inkişafında daima böyük rol oynayıb və bu estafeti qorumaq üçün fəaliyyətini daha da gücləndirməkdədir.

Yubiley yaşınız-85 illiyiniz münasibətilə AYB kollektivini, Anar müəllimi təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı