“Azərbaycanfilm” kinostudiyası sosial sənədli filmlər çəkəcək

Tezliklə sosial film layihələrinin çəkilişinə start veriləcək. Mədəniyyət naziri Əbülfəz Qarayev tərəfindən təsdiq olunan müqaviləyə əsasən “Azərbaycanfilm” kinostudiyası Bakı Media Mərkəzi ilə birgə sosial film layihələrini həyata keçirəcək.

Mədəniyyət nazirliyindən Azərtac-a verilən məlumata görə,  müqaviləyə əsasən Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə bağlı elan olunan xüsusi karantin rejimi dövründə görülən tədbirlərə həsr olunmuş bir neçə sosial sənədli filmlərin istehsalı planlaşdırılır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı