Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətləri təsdiq edilib

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətlərini təsdiq edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi İttifaqın bütün orqanlarının səlahiyyətlərini, o cümlədən AKİ sədri Rüstəm İbrahimbəyovun  səlahiyyətini təsdiq eidb. 16 iyul konfransında seçilmiş sədr və idarə heyətinin səlahiyyət müddəti 4(dörd)  ildir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabarov bildirir ki, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb, sadəcə olaraq Nizamnaməsini  QHT-lər haqqında qanunun tələbinə uyğun hazırlamaq və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. 16 iyul konfransında bu məqsədin öhdəsindən uğurla gəldik.

Xatırladaq ki, Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq olunmuş İdarə Heyətinə AKİ sədri Rüstəm İbrahimbəyov, Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinskiy, Əli İsa Cabarov,  Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov,  Şükufə Yusupova , Əsəd Əsədov , Həmidə Ömərova , Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimli daxildir.