Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri açıqlandı

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, bu il festivala Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Lüksemburq, Ukrayna, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya və b. 79 ölkədən 814 film iştirak edib. Həmin filmlərdən 91 film yerli müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Nizami Kino Mərkəzində baş tutan tədbirdə festivalın beynəlxalq, “Asiya istedadları” və yerli müsabiqələri üzrə qaliblər bəlli olub.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən festivalın qaliblər aşağıdakı nominasiyalar üzrə təyin olunub:

  • “Ən yaxşı bədii film”- “Hasar” (rejissor Qulu Əsgərov)
  • “Ən yaxşı ssenari müəllifi”- “Sonuncu foto” (ssenari müəllifi və rejissor Türkan Hüseyn)
  • “Ən yaxşı rejissor”- “Son payız” (ssenri müəllifi və rejissor Rüstəm Babazadə)
  • “Ən yaxşı sənədli film”- “Toz çəkiləndən bəri” (rejissor Toğrul Abbasov)
  • “Ən yaxşı tələbə işi”- “Motivator” (rejissor Kamal Müşfiq)
  • “Ən yaxşı sosial çarx”- “Onun kamerası” (rejissor Böyükağa Əliyev)

“Münsiflər heyətinin xüsusi mükafatı”na  Səddam Mehdiyev və Murad Hüseynov –“İki yol”, “Vəhşi durnalar mövsümü” filmlərinə görə layiq görülüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin yetirməsi Ruslan Mollayevin , Kino Məktəbinin istehsalı olan “Sınaq” bədii filmi və İttifaqın maliyyə dəstəyi ayırdığı Amil Amalın “Vulkan üzərində ev”  sənədli filmi festivalın diplomuna layiq görüldü.

Kino Məktəbinin yetirmələri Nicat Dadaşovun ssenari müəllifi olduğu “Hasar” filmi “Ən yaxşı bədii film”, Türkan Hüseynin “Son foto” filmi isə “Ən yaxşı ssenari” mükafatını qazanıb. Kino Məktəbinin yetirməsi olan Elnur Paşanın müstəqil olaraq çəkdiyi “Yalnız məzar” filmi də festivalın diplom alanları sırasındadır.

aki.az