Bakıda Latviya animasiya filmləri festivalı keçiriləcək

15 -21 noyabr 2021-ci il tarixlərində Bakının kinoteatrlarında Latviya animasiya filmləri festivalı keçiriləcək.

“Kiçik millət – böyük animasiya” adandırılan festival çərçivəsində ilk dəfə olaraq məşhur latviyalı rejissor Vladimir Leşevin animasiya filmləri nümayiş olunacaq.

Hər gün Park Cinema şəbəkəsinin kinoteatrlarında izləyə biləcəyiniz filmlərin nümayişi artıq planlaşdırılıb.

Festivalın təşkilatçısı Latviya Respublikasının Azərbaycandakı səfirliyidir.

Səfirlikdən bildirilib ki, Latviya – animasiya sahəsində bütün dünyada özünün vizual povest üslubu və animasiya yaradıcıları ilə məşhur olan kiçik fövqəldövlətdir.

Qeyd edək ki, festivalın açılışı noyabrın 15-də Park Cinema kinoteatrında Alov qüllələrində baş tutacaq. Açılış günündə Vladimir Leşevin “Elektrikçi Günü”, “Yeni ili gözləyərkən”, “Yağışlı günlər” və s.  filmləri nümayiş olunacaq.

Noyabrın 16-da festivalın açılışı münasibətilə Bakıya gəlmiş rejissorun ustad dərsi keçiriləcək. Ustda dərsində rejissor jurnalistlərin suallarını da cavablandıracaq.

Yeri gəlmişkən, Vladimir Leşev məşhur Polşa animatoru Pyotr Dumalıdan dərs alıb. İlk filmlərini İsveçdə çəkib, Yaponiyada işləyib. Onun filmləri nisbətlərin dəyişdiyi xəyallardır və qəhrəmanlar tavan və divarları sərbəst şəkildə addımlayırlar. Rejissor deyir ki, personajlar özləri ona öz iradəsini diktə edir və hətta onunla mübahisə edirlər.

Latviya animasiyası həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

Festival haqqında geniş məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

https://1news.az/news/20211112121203594-Malenkaya-natsiya-bolshaya-animatsiya-Latviya-predstavlyaet-v-Baku-festival-animatsionnogo-kino-VIDEO

aki.az