Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş müsabiqə elan edilib

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib.

Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkil etdiyi müsabiqədə bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər.

Qeyd edək ki, vətənpərvərlik ruhunda mahnı – seçim turundan ibarət müsabiqə aprelin ayının 10-dan mayın 9-dək davam edəcək. Müsabiqənin münsiflər heyətinə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edəcək. Beş nəfərdən ibarət münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək.

Azərtac-ın məlumatına görə, müsabiqqəyə göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır. Və müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı