Bu gün Milli Kino günüdür

Avqust ayının 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvləri  Kino Evində Milli Kino Gününü təntənəli sürətdə qeyd etdilər. Bir qrup görkəmli kinematoqrafçıların iştirak etdiyi bayram tədbirində öncə 3 yubilyarın kinodakı fəaliyyəti yüksək qiymətləndirilərərk təltif edildilər.

Yubilyarlar, operator- rejissor Oqtay Əlizadə, yazıçı-dramaturq Əmir Pəhləvan və kinorəssam Elfira Hüseynova alqış sədaları altında yubiley həyəcanını yaşadılar.

Tədbir çərçivəsində illik kino mükafatlarına da yer verildi. Bu ilin  mükafatına layiq görülənləri təqdim edirik:

– Kinorejissor Murad İbrahimbəyov – “İnsan” sənədli trilogiyasına görə;

– Aktrisa Şükufə Yusupova – peşə ideallarına sadiqliyinə görə;

– Kinorejissor Cahangir Zeynallı – milli kinematoqrafiya qarşısındakı xidmətlərinə görə;

– Aktrisa Zülfiyyə Qurbanova – “Mövsümün sonu” filmində baş rolu psixoloji incəliklə ifa etdiyinə görə;

Onu da qeyd edək ki, avqust ayının 2-də Azərbaycan Kinematoqrafçılar İttifaqının(AKİ) rəsmi www.aki.az saytı da işə salınacaq. Kinosevərlər Azərbayan kinosunda olan yenilikləri məhz bu sayt vasitəsilə öyrənə biləcəklər.

Portalda aşağıdakı bölmələr – “Təşkilat haqqında”, “Fəaliyyət”, “Xəbərlər”, “Qalereya”, “Əlaqə vasitələri”, habelə 10-a yaxın alt bölmə var. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək.