CineDOC Azərbaycan məktəblərində

CineDOC- Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı Cənubi Qafqaz regionunun ən əsas sənədli film festivalıdır. Festival bitəndən sonrakı bir il ərzində “CineDOC-məktəbdə nümayiş” proqramını həyata keçirir. Sözügedən layihə 2021-ci ildən təşkil olunur. İndiyə qədər Gürcüstanın müxtəlif regionlarında 100 – ə qədər məktəbdə sənədli film nümayişləri baş tutmuşdur.

Cine-DOC Tbilisi bu layihəni Azərbaycanda da orta məktəblərdə “Məktəblərdə nümayiş” adı altında həyata keçirir. Proqram çərçivəsində məktəblilər üçün maarifləndirici sənədli və animasiya filmləri nümayiş olunur. Baxışdan sonra şagirdlərlə baxdıqları filmlər haqqında müzakirələr aparılır.  Proqram çərçivəsində artıq bir neçə orta məktəblərdə nümayiş baş tutub. Bu işə məsul şəxs AKİ-nin əməkdaşları Afaq Yusifli və Ülviyyə Əhmədovadır. Nümayişlər orta məktəblərlə yanaşı internat məktəblərində də təşkil olunur. Dekabrın 7-də, Avropa Azərbaycan Məktəbində baş tutan nümayişdə moderatorluğu Əfsanə Yusif edib.

2N-li ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində nümayişin baş tutmasında etdiyi köməkliyə görə AKİ-nin əməkdaşı Tofiq Amatayevə xüsusi təşəkkür edirik.

Dünyanın fərqli yerlərindən onların yaşı üçün uyğun olan filmləri izləyən uşaqlar, film izlərkən dünyanın digər yerlərinə, hekayələrinə səyahət edirlər. Məktəblərdə film nümayişləri və onların şagirdlər arası müzakirəsinin uşaqlar üzərində müsbət təsiri var.

Bu tipli nümayişlərin əsas məqsədi məktəbliləri digər ölkələrin mədəniyyətilə, ətraf aləmlə tanış etmək, onlarda film zövqünü və müzakirə etikasını formalaşdırmaqdır.

aki.az