CineDOC festivalı məktəblərdə nümayiş proqramını həyata keçirir

CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı “CineDOC-məktəbdə nümayiş” proqramını həyata keçirir. Bu ildən proqrama Azərbaycan Kinematoqrafçılar İttifaqı da qoşulub. Birgə əməkdaşlıq çərçivəsində ilk film nümayişi yanvarın 25-də 2 saylı internat məktəbində I-IX siniflər üçün həyata keçirilib. Şagirdlərə rejissor Vaqif Behbudovun, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Başlanğıc” animasiya filmi təqdim olunub. Hər iki təşkilat bu işi məktəblərdə maarifləndirmə, uşaqlar və yeniyetmələr arasında zövqlü film anlayışını yaratmaq və film müzakirəsini formalaşdırmaqdır.

Dünyanın fərqli yerlərindən onların yaşı üçün uyğun olan filmləri izləyən uşaqlar, film izlərkən dünyanın digər yerlərinə, hekayələrinə səyahət edirlər. Məktəblərdə film nümayişləri və onların şagirdlər arası müzakirəsinin uşaqlar üzərində müsbət təsiri var.

Bu cür nümayişlərin əsas məqsədi, məktəbliləri digər ölkələrin mədəniyyəti və incəsənətilə tanış etmək, onlarda film zövqünü və müzakirə etikasını formalaşdırmaqdır. Bu işə məsul şəxslər AKİ-nin əməkdaşları Afaq Yusifli və Ülviyyə Əhmədovadır. İl ərzində davam edən proqramda Bakı ilə yanaşı digər bölgələr də nəzərdə tutulub.

aki.az