“CineDOC - məktəbdə nümayiş” proqramı davam edir

Azərbaycan Kinematoqrafçılar İttifaqının CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı ilə əməkdaşlığı çərçivəsində “CineDOC – məktəbdə nümayiş” proqramı davam edir. Budəfəki nümayiş Azərbaycan Britaniya Kollecində baş tutub.

Martın 12-də Azərbaycan Britaniya Kollecində rejissor Saymon Lerenq Vilmont Bakıda çəkdiyi “Bird Boy” sənədli filmi 7-ci və 8-ci siniflər üçün nümayiş olunub. Nümayişdən sonra Hacı Səfərovun moderatorluğu ilə müzakirə baş tutub.

Martın 15-də isə Azərbaycan Britaniya Kollecində 1-ci və 6-cı siniflər üçün Katerina Karhankovanın “Fruits of Clouds” qısametrajlı animasiya filmi nümayiş olunub. Nümayişdən sonra Əfsanə Yusifin, Aygün Aslanlının və İlqar Quliyevin moderatorluğu ilə müzakirələr aparılıb.

Bu cür nümayişlərin əsas məqsədi, məktəbliləri digər ölkələrin mədəniyyəti və incəsənətilə tanış etmək, onlarda film zövqünü və müzakirə etikasını formalaşdırmaqdır.

Bu işə məsul şəxslər AKİ-nin əməkdaşları Afaq Yusifli və Ülviyyə Əhmədovadır. İl ərzində davam edən proqramda Bakı ilə yanaşı digər bölgələr də nəzərdə tutulub.

aki.az