Daniel Quliyevin filmi Türkiyədə mükafata layiq görülüb

Rejissor Daniel Quliyevin quruluş verdiyi “Bic” qısametrajlı filmi Türkiyənin İstanbul şəhərində keçirilən Dəyişən Perspektivlər Beynəlxalq Kino Festivalı(Changing Perspectives Short Film Festival) əsas mükafata layiq görülüb.

Xatırladaq ki, Dəyişən Perspektivlər Beynəlxalq Kino Festivalı – mədəni mübadilə mövzusuna həsr olunmuş səyyar film festivalıdır. Festival bir həftəlik proqramla öz işinə başlayır və il ərzində Avropanın müxtəlif şəhərlərində də nümayişlər təşkil edir.

Kino yaradıcılığa yeni başlayan Daniel Quliyev kinoya olan marağından çıxış edərək müxtəliv mövzulara müraciət etmiş və bir çox filmlərin (“Zaman donsa”, “Empatiya”, ” Fobia” sosial roliklərinin və “Piyada” və s.) müəllifidir. Onun Türükiyədəki festivalda əsas mükafata layiq görülən “Bic” filmi” Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində kinosevərlərə təqdim olunmuş və böyük maraq çəkmişdir.

Yeri gəlmişkən, mövzu baxımından Azərbaycan kinosu üçün yenilik hesab olunan “Bic” qlsametrajlı filmi Beynəlxalq Film Festivallarının iştirakçısı olub. Bundan başqa, Rhode Island International Film Festival, Palm Springs International Short Festival,  Palace International Short Film Festival kimi nüfuzlu tədbirlərin rəsmi müsabiqə iştirakçısı olub. Eyni zamanda Fransanın prestijli Anje Premyer Plan film festivalının, Çexiyada Praqa Beynəlxalq qısa film festivalı, Brüssel Qısa Film Festivalının Beynəlxalq və Next Generation müasabiqəsinə də qatılıb.

Film ailə dramı üzərində qurulub – Anasına görə, daima təzyiqlərə məruz qalan gənc, çıxış yolunu çətin, fiziki güc tələb edən imtahanları verib hərbi akademiyaya daxil olmaqda görür.

“Bic” qısametrajlı filminin musiqisi Firudin Allahverdiyə, prodüser işi Qurban Bünyadova aiddir. Filmdə iştirak edirlər: Toğrul Əhmədov(Natiq), Gülər Babayeva(Arzu), Zülfiyyə Qurbanova(Vəfa), Roman Hüseynov(Zaur), Bayram Muradlı(İmam) və b.

Azərbaycan Kinematoqrafçılar İttifaqı