Debüt filminə dəstək ayrıldı

Gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminin layihəsi Gürcüstanda keçirilən beynəlxalq mentorluq proqramında iştirak edib. Proqramın sonunda yaradıcı heyət – rejissor Ələmdar Faiq və prodüser Türkan Hüseyn layihəni beynəlxalq jüriyə (festival proqramçıları, fondlara) təqdim ediblər. “Qara pişik, ağ şanı” Ələmdar Faiqin ilk tammetrajlı sənədli filmi olacaq. Film, özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Füruzə öz üzüm bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.

Film “Sinema Verite” üslubunda olacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmə kiçik maliyyə dəstəyi ayırıb.

aki.az