AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ XI QURULTAYINDA SƏNƏDLI KİNONUN GƏLƏCƏYİ MÜZAKİRƏ OLUNACAQ

Azərbaycanda dövlət sifarişi əsasında sənədli filmlərin istehsalı prosesi xüsusi diqqət tələb edir.

Bu barədə AKİ-nin İdarə Heyətinin iclasında rejissor, əməkdar incəsənət xadimi Cəmil Fərəcov bəyan edib.

Onun sözlərinə görə, bu ildə “Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə  Milli Qəhrəmanlara həsr olunmuş  10 sənədli film, üç film-portret və Azərbaycanda yaşayan azsaylı etnoslar haqda 11 film çəkəcək. Son layihə tamamilə yenidir.

Daha xoşagələn situasiya “Aztelefilm”dədir ki, burada son illər ildə  24-28 film istehsal olunub.

Film-portretlər çoxluq təşkil edir. Bu ildən situasiya dəyişməlidir: studiya qarşısında daha çox tarixi-etnoqrafik film çəkmək tapşırığı var.

“Aztelefilm”də çəkilən hər filmin büdcəsi ortalama 10-15 min manat təşkil edir. Yəni, azbüdcəli filmlər hansı janrda çəkilməsindən asılı deyil. Demək lazımdır ki, televiziyada sənədli filmlərin istehsalı ilə bağlı vəziyyət kinostidiyadakından yaxşıdır” – C.Fərəcov söyləyib.

Rejissor Əli İsa Cabbarov hesab edir ki, sənədli film istehsalı ilə bağlı vəziyyəti dəyişmək lazımdır: “Ondan başlayaq ki, bu gün sənədli filmlər həyatdan çox uzaqdır, halbuki, 80-90-cı illərdə, ölkəmiz mürəkkəb bir dövr yaşayanda baş verən hadisələr ani olaraq sənədli kinoda öz əksini tapırdı”.

Bundan başqa rejissor qeyd edib ki, ayrılan məbləğ sənədli film istehsalı üçün kifayət deyil: “Xüsusilə Milli Qəhrəmanlar barədə çəkilənlər üçün. Məntiqlə, Azərbaycan qəhrəmanları haqqında çəkilən filmlərə güclü maliyyə dəstəyi verilməlidir”.

Rejissor Tair Əliyev də öz növbəsində qeyd edib ki, telekanallarda sənədli film  istehsalı vacib müsbət faktordur: “Amma ölkədə sənədli film istehsalı ilə bağlı vəziyyət pisləşib. Bu, 2000-ci illərin ortalarından başlayıb. Bununla belə, Azərbaycanda çəkilən sənədli filmlərin əksəriyyəti,”portet”lərdir. Halbuki diqqətəlayiq başqa janrlar da var. Daha bir problem ondan ibarətdir ki, Azərbaycan telekanallarında bədii qısametrajlı filmlər az çəkilir. Ümumilikdə film istehsalında keyfiyyət dəyişikliyi olmalıdır,  Mədəniyyət Nazirliyi buna diqqət ayırmalıdır. Həmçinin sənədli filmlərin istehsalına, xüsusən televiziyada. Bildiyimiz kimi Mədəniyyət Nazirliyinin dəstəyilə Cəfər Cabbarlının pyesi əsasında sənədli, çoxseriyalı televiziya kimi nümunə var”.

Rejissor Azərbaycan Kinematoqrafçılar İttifaqının XI qurultayında bu məsələni qaldırmağı və Nazirliyə telekanallarda bədii və sənədli filmlərin istehsalı üçün maliyyə ayırmasını təklif etməyi irəli sürür. O həmçinin xatırladıb ki, Bundan əvvəl Milli Telaradio Şurası teleserialların istehsalına maliyyə ayırırdı. Belə təcrübə varsa, MTRŞ telekanallara sənədli film istehsalı üçün də maliyyə ayıra bilər.

İclasda həmçinin hazırda bir çox peşəkarların işsiz  qaldığından da danışılıb. Belə ki, kinorejissor, əməkdar incəsənət xadimi Ziya Şıxlinski sonuncu dəfə nazirliyin sifarişi ilə 10 il əvvəl, 2009-cu ildə  film çəkib. Yazıçı, şair, kinodramaturq, Ramiz Rövşənsə 2007-ci ildə film çəkib. Rejissor Nizami Abbas əminliklə bildirir ki, büdcə vəsaitlərinin mənimsənilməsi prosesi, yalnız sənədli deyil, bütün filmlər üçün ayrılan büdcənin şəffalığı, ssenari seçimi kimi məsələlər xüsusi diqqət tələb edir.

İclasın  gedişində səsləndirilən məsələlərin Azərbaycan Kinematoqrafçılar İttifaqının XI Qurultayının gündəliyinə salınması haqda qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.

İttifaqın əsas məqsədi milli kinonun milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Azərbaycan Kinematoqrafçılar İttifaqı 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya işçilərinin I  Quruculuq Qurultayında yaradılmışdır.