DokuBaku bölgələrdə sənədli film nümayişlərinə start verib

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu III DokuBaku Beynəlxalq Sənəndli Film Festivalı çərçivəsində Azərbaycanın bir çox bölgələrində film nümayişləri keçiriləcək. Tamaşaçıların sənədli kinoya marağın artırılması cəhətdən əhəmiyyətli olan baxışlar bu dəfə Lənkəran və Astara şəhərində keçiriləcək.
Lənkəran rayonunun Tor İncəsənət Məkanında Gürcüstan rejissoru Levan Koquaşvilinin çəkdiyi “Qogitanın yeni həyatı” filminin nümayişi və müzakirəsi 27 sentyabr tarixində olacaq.2016-cı ildə istehsal olunan “Qogitanın yeni həyatı” filmində Qogita adlı qəhrəmanın həyatını sıfırdan başlaması və həyat yolundakı çətinliklərdən bəhs olunur.

28 Sentyabrda Astara bölgəsində nümayişlər davam etdiriləcək.

Belə ki, Astarada Rina Castelnuovo və Tamir Elterman tərəfindən çəkilən “Muhi- ümumiyyətlə müvəqqəti” filmi nümayiş olunacaq.

2017-ci ildə istehsal olunan filmdə 7 idir Qəzzadakı evinə həsrət olan, İsrail xəstəxanasında yaşayan qəhrəmanın taleyindən bəhs olunur. Astaradakı nümayiş “Astara bookhouse & cafe”-də keçiriləcək, nümayişdən sonra “Mahalla” qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bölgələrdə olan bu tədbir proqramları  DokuBaku BSFF, CineDOC-Tbilisi , BSFF və Tor incəsənət məkanının birgə əməkdaşlığı ilə keçirilir.Baxışlara giriş sərbəstdir. Tədbirlər barədə aşağıdakı mənbədən ətraflı məlumat ala bilərsiniz.

https://www.facebook.com/events/541733433261445/ 

https://www.facebook.com/events/2485640261670382/

Azərbaycan Kinematoqrafçılar İttifaqı