DokuBaku BSFF filmlərin nümayiş proqramını elan edib

Xəbər verdiyimiz kimi, Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan DokuBaku 3-cü dəfə baş tutacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı festivalın rəsmi tərəfdaşıdır.

Kİnematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalının (BSFF) heyətinin gördüyü işi AKİ yüksək qiymətləndirir: “Əməkdaşlığımız davam edəcək. Və düşünürəm ki, festivala dəstəyimiz ilbəil artacaq”.

DokuBaku BSFF-nın açılış mərasimi oktyabrın 2-də Kapellhous-da baş tutacaq.

Kino Evində festival filmləri  aşağıdakı tarixlərdə tamaşaçıların ixtiyarına veriləcək.

02.10.2019 15.30 Ursus zavodunun simfoniyası

03.10.2019 15.30 Anamın yox oluşu

04.10.2019 17.30 Qısa filmlər: Bir zamanlar Şanxayda/Salaami xilas edin!/Məhəllə

05.10.2019 17.00 Asan dərslər

06.10.2019 16.30 Qısa filmlər: İlan/Qurd hekayələri/Berlin kəpənəkləri/Ulduzların çəkilişləri

Festivalın bağlanış mərasimi 06 oktyabr Kapellhous-da saat 20.00 da baş tutacaq.

Biletləri burdan ala bilərsiz: https://iticket.az/events/dokubaku-idff

Kino Evinin əlaqə nömrəsi: (012)4371667

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı