DokuBaku BSFF və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə keçirdiyi sənədli film yaradıcılıq təlimi başlayıb

Restart Film School, Azərbaycan Kinematoqrafçılar İttifaqı və DokuBaku BSFF-nin birgə keçirdiyi sənədli film yaradıcılıq təliminə start verilib.

DokuBaku BSFF Azərbaycandan olan iştirakçıların öz sənədli filmlərinin yüksək səviyyədə çəkə bilməsi üçün peşəkar təlimçilər tərəfindən aparılacaq bir aylıq intensiv proqramını təqdim edir. 1 ay davam edəcək təlimdə, iştirakçılar sənədli film ustadları Igor Bezinović və Hrvoslava Brkušić ilə birgə öz sənədli film ideyaları üzərində işləyəcəklər.

Onu da qeyd edək ki, hər iki təlimçi uzun illərdir sənədli təhkiyyəçiliklə məşğul olurlar.

Igor Bezinović  tammetrajlı bədii “Qısa ekskursiya” və tammetrajlı “Blokada” adlı sənədli filmlər daxil olmaqla bir çox qısa filmlərin müəllifidir.

Hrvoslava Zaqreb isə film montajçısı kimi bir çox sənədli, bədii və eksperimental filmlər üzərində işləyib.

Yeri gəlmişkən, Kino Evində təşkil olunan təlim proqramı üç hissədən ibarət olacaq:

– Igor Bezinović ilə rejissorluq və təhkiyyə üzrə nəzəri və praktiki dərslər

– İndividual çəkiliş həftəsi

– Son hissə – filmlərin redaktəsi və təqdimatı.

Təlim 11 Noyabr – 06 Dekabr tarixlərində keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı