DokuBaku könüllüləri səsləyir

Xəbər verdiyimiz kimi, V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 3 – 7 noyabr 2021 tarixlərində Bakıda keçiriləcəkdir.

DokuBaku IDFF, Festivalın təşkilatçılarına açılış və qapanış mərasimlərində, film nümayişlərinin təşkilində, tamaşaçılara rəhbərlik etməkdə və bacarıq və biliklərinizə uyğun hər hansı bir dəstək verə biləcək könüllü/ fasilitatorlar axtarışına başlayıb. Belə ki, könüllülər festival günlərində, yəni 3 – 7 Noyabr 2021 tarixlərində fəaliyyət göstərəcəklər.
Fasilitatorlar film okeanına dalmaq, bir neçə yerli və beynəlxalq istehsalçı mütəxəssislər ilə tanış olmaq və festivalın gedişatı bağlı dəyərli bir təcrübə üçün əsl fürsət əldə edəcəklər. Kino həvəskarları və ya özünü yeni bir şeydə sınamaq istəyənlər mürciət edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi olaraq Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalıyla əməkdaşlıq edir. Festival çərçivəsində filmlər AKİ-nin Kino Evində nümayiş olunur.

Geniş məlumat bu linkdə: https://docs.google.com/forms/d/1TSBqEW-aWA88x0T_Iuf3P_lfydJTwhJ16nXG6LTW29Y/prefill

aki.az