Dövlət büdcəsindən mədəniyyət sahəsinə əlavə pul ayrılması təklif olunub

Dekabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisinin növbəti plenar iclası keçirilib.

Marja.az-ın məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında dövlət büdcəsi xərcləri, bir sıra maddələrdə dəyişikliklərin edilməsi ilə bağlı fikir bildirib.

T.Mirkişili qeyd edib ki, deputatların təklifləri əsasında 2022-ci ilin dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb: “Əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 milyon 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur”.

Xatırladaq ki, xərc bölmələri üzrə məbləğlərin artırılması sırasında 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.

aki.az