Elnur Əliyev vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2022-ci ildə imzaladığı sərəncama əsasən Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edildi. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar. Dünən isə Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

aki.az