Eurimages fondununun qalib layihələri sırasında Qafqazdan kimlər var?

Avropa Birliyinin “Eurimagis” Fondunun İdarə Heyətinin 164-cü toplantısı keçirilib.

Toplantıda 37 birgə istehsal dəstəklənərək ümumilikdə 9 141 000 avro məbləğində 37 tammetrajlı film layihələrinə, o cümlədən 5 sənədli və 5 animasiya filminə dəstək verməyə razılıq verilib. Dəstəklənən layihələrin 48,65% – i qadınlar tərəfindən təqdim olunub və bu layihələr 3 962 000 avro təşkil edib ki, bu da ümumi məbləğin 43,34% – ni təşkil edir.

2021-ci ildə maliyyələşən ortaq işlərdə bədii filmlər sənədli filmlər, animasiya filmlərinə  25 779 000 avro dəyərində maliyyə ayrılıb.

Dəstək qazanan filmlər arasında keçmiş SSRİ-nin respublikaları və Türkiyə də var. Belə ki, Rusiya, Estoniya, Litva, Ukrayna və Gürcüstanın layihələri Fonddan qrant alıb.Türkiyəni təmsil edən rejissorlar Yan Gözlan, Gürkan Keltek, Melisa Fatma Önel Tecimen də qaliblər arasındadır.

Azərbaycan “Eurimagis” Fondunun üzvü olamdığı üçün bu layihə müsabiqəsində iştirak edə bilmir.

Xatırladaq ki Qafqaz respublikaları arasında ancaq Azərbaycan Fondun üzvü deyil.

“Eurimagis” Fondu 1988-ci ildə təsis edilib. Bu illər ərzində 2 273 birgə istehsala(təxminən 649 milyon avro) maddi dəstək göstərib.

Qalib layihələrin siyahısı ilə  bu link vasitəsilə tanış ola bilərsiniz:

https://www.coe.int/en/web/eurimages/-/37-co-productions-supported-at-the-164th-eurimages-board-of-management-meeting

aki.az