Film Fiction 38-ci sayını təqdim etdi

Film Fiction kino jurnalının növbəti -38-ci sayı oxuculara təqdim olundu.

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk elektron kino jurnalı kimi 2011-ci ildən etibarən yayınlanmağa başlayan Film Fiction kinonun təbliği ilə məşğul olur. Fəaliyyətə başladığı gündən dünya kinosu ilə yanaşı, eyni Azərbaycan kinosu haqqında yüzlərlə məqalələr hazırlayan jurnalın oxucu sayı getdikcə artmaqdadır.

Qeyd edək ki, kino jurnalın 38-ci nömrəsində oxucular, Azərbaycan kinosunda mistisizm, tənqidçi və filosof Slavoj Zizek, Amerika aktyoru və rejissoru Con Malkoviç, Norveç rejissoru və ssenaristi Yoakim Trier ilə müsahibə, Cins dövrünün uşaqları və s. başlıqlı məqalələrlə tanış olacaqlar. “Pdf” formatında və pulsuz olaraq internetdə yayımlanana kino jurnalın redaktoru Şahin Xəlil, Nuranə Axundzadə, Mir Bağır, PR meneceri Fuad Alqayev, Mətləb Muxtarov, dizayn və tərtibatı Tural Əlisoydur. Jurnalın 38-ci sayını bu linkdən yükləyə bilərsiniz: https://drive.google.com/file/d/1kiSWdW7fnTrDi4XTHaS92NRFTLsM0o2Q/view

Aki.az