Fransa və Azərbaycan birgə kino layihələri perspektivləri müzakirə edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqında Fransanın region üzrə audiovizual attaşesi cənab Florent Siqnifredi ilə geniş tərkibdə görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Fransız İnstitutunun direktoru cənab Şarl Dönie, mədəniyyət işləri üzrə attaşe Pier – Antuan Ferasən və Fransa səfirliyinin Missiya üzrə məsul şəxsi cənab Arzu Abdulxaliqov da iştirak ediblər. Azərbaycan Kinematorafçılar İttifaqının katibi Əli İsa Cabbarov, beynəlxalq əlaqələr  üzrə menecer Afaq Yusifli və kinoyazar.az saytının məsul redaktoru İlqar Quliyev qonaqları qarşılamış və Azərbaycan–Fransa kino əlaqələri barədə əhatəli müzakirələr aparılmışdır.

Azərbaycan Kinematoqrafçılar Əli İsa Cabbarov Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyasının İttifaqın Nizamnamə məqsədi qeyd edib. Katibin bildirdiyinə görə, İttifaq birgə təlimlər, kino nəşrlərinin reallaşması, Fransada Azərbaycan kinosu günləri, Azərbaycanda Fransa kino günləri layihələri müzakirə edildi. Azərbaycanlı kino tənqidçilərinin Avropa festivallarında təmsil edilməsi də görüşün əsas mövzularından idi. Azərbaycan Fransız İnstitutunun direktoru cənab Şarl Dönie qəbula görə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinə minnətdarlığını bildirib, müzakirə edilən mövzuların onların fəaliyyət istiqamətinə aid olduqlarını vurğulayıb, fransız filmlərinin nüamyişində xüsusilə maraqlı olduğunu söyləyib. Hər iki tərəf vacib platforma olaraq, Animafilm Beynəlxalq Film Festivalı, DokuBaku Sənədli Film Festivalını dəstəklədiklərini bildiriblər.

aki.az