Futbolumuzun tarixi ekrana gəlir

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi idman mövzusunda çəkdiyi silsilə sənədli filmləri davam etdirərək bu dəfə SSRİ-nin süqutundan sonra Azərbaycan futbolunun vəziyyətindən danışmaq qərarına gəlib.

“Gözlənilməyən çempionat” adlandırılan sənədli filmdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının yaradılmasından, UEFA və FİFA-ya üzv seçilməyindən bəhs olunmaqla yanaşı, o dövrün futbol funksionerlerindən müsahibələr təqdim olunur.

AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov, sabiq FİFA referisi Asim Xudiyev, Ümumittifaq dərəcəli hakim Rütəm Rəhimov söhbət əsnasında müstəqilliyimizin ilk illərində qarşılaşdıqları çətinliklərdən danışırlar.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorları Rafiq Əliyev, Əminə Həsənli, Anar Seyidov, montajçısı Sənan Səfərov, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Aki.az