Gənc kinematoqrafçıların nəzərinə!

Beynəlxalq mentor Mariam Chachia və Nik Voigt tərəfindən keçiriləcək Sənədli Film Kursları, ideyanızı inkişaf etdirmək və sənədli film hazırlanması haqda öyrənmək  üçün kurs təşkil edib. Gənc fillmeykerlər olaraq reallaşdırmaq istədiyiniz ideya varsa, sənədli rejissor kimi karyeranıza ciddi yanaşırsınızsa, o zaman diqqətinizə çatdıraq ki, bu kurs Azərbaycanda, dünya kino industriyası və sənədli filmin estetik forması haqqında məlumat əldə etmək üçün misilsiz bir fürsətdir. Texniki avadanlıq vacib olmasa da, yaxşı ideya, sonsuz istək, tükənməz ambisiya fikrinizi insanlara çatdırmaq üçün kifayətdir.

Xatırladaq ki, sadəcə 4 ən yaxşı ideya seçiləcək. Bu fürsətdən yararlanmaq istəyənlər müraciət formasını doldura bilərlər: https://clck.ru/QgKoR

Son qəbul tarixi 25 sentyabra qədərdi. Kurslar ödənişsizdir və 01.10 – 01.12 (online və ingilis dilində) baş tutacaq.
Bizim tutorlar, seçim kriteriyaları, praktik və nəzəri nəticələr və s. haqqında website: doklad.az -da geniş məlumat əldə edə bilərsiz

Onu da qeyd edək ki, Doklad, art proyektlərini bizimlə bölüşmək və özlərini ifadə etmək istəyən istedadlı gənc sənətkarlar üçün yaradılmış onlayn art platformasıdır. iSchool, DokuBaku BSFF nəzdində yaradılmış film məktəbidir.

aki.az