Görkəmli kinorejissor Şamil Mahmudbəyov haqqında film çəkilir

Tanınmış kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə çəkiləcək sənədli filmin istehsalına başlanıb.

Ekran işinin əsas çəkilişləri rejissorun dünyaya gəldiyi Naxçıvan şəhərindəki evində, təhsil aldığı məktəbdə çəkiləcək. Rejissorun filmlərində iştirak etmiş aktyorların və birgə çalışdığı yaradıcı heyət üzvlərinin xatirələri də filmdə yer alacaq. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sənədli filmə kiçik qrant ayırıb.

Filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissor Aydan Əhmədova, operator Rafiq Əliyev, prodüser Əli İsa Cabbarovdur. Film, 2024-cü ilin mart ayında təqdim olunacaq.

aki.az