Gürcü filmi San-Sebastyan Film Festivalının 4 mükafatını qazandı
Rejissor Dea Kulumbeqaşvilinin çəkdiyi “Başlanğıc” debüt filmi heyrətamiz şəkildə ən yaxşı ssenari, ən yaxşı rejissor, ən yaxşı qadın rolu və nəhayət ən yaxşı filmə görə münsiflər heyətinin dörd mükafatına layiq görülüb. Bu barədə məlumatı müsabiqənin saytında yerləşdiriblər.
Film festivalının baş mükafatını, İamze Suxitaşvilini isə ən yaxşı aktrisa nominasiyasında qalib olub. Rejissor Dea Kulumbeqaşvili isə ən yaxşı rejissor kimi mükafatlandırılıb.
Filmin mövzusuna gəlincə, bəzi ölkələrdə fəaliyyəti qadağan olunmuş “Yehovanın Şahidləri” beynəlxalq dini təriqətinin ailəsi göstərilib. Süjetə görə, ailə onlara təzyiq edən ekstremist təşkilatın üzvləri ilə mübarizə aparır.
Xatırladaq ki, San-Sebastyan kinofestivalı 1953-cü ildən keçirilir və Avropada ən nüfuzlu festivallardan biri kimi tanınır. Məlum səbəblərdən festival bu il sentyabrın 18-də başlayıb. Və hazırlıq prosesində festivalın təşkilatçıları koronavirusun yayılmasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görmüşlər.
aki.az