Hafiz Əkbərov “Qızıl Qayıq” mükafatına layiq görüldü

Xəbər verdiyimiz kimi, III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi baş tutub. Mərasimdə Azərbaycan animasiyasına verdiyi töhfəyə görə III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Qızıl Qayıq mükafatı təqdim edilib. Bu dəfə Qızıl Qayıq mükafatına rejissor Hafiz Əkbərov layiq görülüb.

Xatırladaq ki, I ANİMAFİLM-in “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi, II ANİMAFİLM festivalında isə bu mükafata Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, rejissor Firəngiz Qurbanova və animasiya rejissoru  Elçin Hami Axundov layiq görülmüşdür.

aki.az