Hilal Baydarovun filmi “Nika” kino mükafatının nominantları sırasında

Rusiya Kino Akademiyasının təqdim etdiyi “Nika” kino mükafatının namizədləri açıqlandı. Rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi “Nika” kino mükafatının nominantları sırasında yer alıb. “MDB və Baltikyanı ölkələrin ən yaxşı film” kateqoriyasında nominant elan edilən filmlər aşağıdakılardır:

  • “İki min Fərida mahnısı” filmi – rejissor Elkin Tuyçiyev (Özbəkistan)
  • “Canım, sən inanmayacaqsan” filmi – rejissor Ernar Nurqaliyev (Qazaxıstan)
  • “Sarı pişik” filmi – rejissor Adilxan Yercanov (Qazaxıstan )
  • “Səpələnmiş ölümlər arasında” filmi – rejissor Hilal Baydarov (Azərbaycan )
  • “Şambala” filmi – rejissor Artık Syundukov (Qırğızıstan)

Xatırladaq ki, nominantlar sırasında yer alan rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.

aki.az