III “ANİMAFİLM”də uşaqlardan ibarət münsiflər heyətinə seçim başladı

III Animafilm Beynəlxalq Animasiya festivalı  14-18 oktyabr 2020-ci il tarixlərində Azərbaycanın Bakı və Şəki şəhərlərində keçiriləcək.

Təşkilat Komitəsi bu il Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq. Uşaq münsiflər heyətinə üzvlər seçimini isə Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundov həyata keçirəcək. Bundan başqa, Animafilm Beynəlxalq Animasiya Festivalının təşkilatçıları bu ilki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir. Şərtlərə əsasən “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.Ətraflı məlumatla bu link-dən tanış ola bilərsiniz.

https://www.dropbox.com/s/09dfd2k2t6rawds/Usaq%20jurisi%20qaydalar%202020%20Animafilm.pdf? l=0&fbclid=IwAR1KSUpSmTkGdYaGrCMDChrxvw6hDxoAhKHTxBj5Zg7P49YF9KQRYj2EMBY

Azərbaycan Kinematoqrafçılar İttifaqı