Kamran Qasımov beynəlxalq münsiflər heyətinin üzvlüyündə

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Amerika Televiziya İncəsənəti və Elmləri Akademiyasının üzvü, rejissor Kamran Qasımov Amerika Televiziya İncəsənəti Akademiyasının iyunun 7-dən etibarən, bu ilin payızında keçiriləcək payız-təcrübə proqramında münsiflər heyətinin üzvü kimi iştirak edir. Tədbir Los-Ancelesdə keçirilir.

Kamran Qasımov bildirir ki, 1 həftə baş tutacaq seçimlərdə hər bir tələbə öz sənətə olan münasibətini, marağını, üstünlüklərini ifadə edən xüsusi yazı işi, eləcə də filmoqrafiya, tərcümeyi-hal, təhsil aldığı və ya bitirdiyi ali məktəbdən təqdimat məktubu təqdim edib. Seçimlər də bu əsaslar üzrə aparılır.

Xatırladaq ki, Kamran Qasımov 2022-ci ildən Amerika Televiziya İncəsənəti və Elmləri Akademiyasının üzvüdür. 2023-cü il aprelin 1-də təqdim edilmiş 42-ci Kollec mükafatlarının münsiflər heyətinin üzvü olub. O əsasən menecment, eləcə də televiziya dramları üzrə payız-təcrübə məktəbi keçəcək tələbələrin seçim prosesində iştirak edib.

1977-ci ildən keçirilən “College Awards” kino və televiziya sahəsinə üz tutan gənclərin yaradıcılığını stimullaşdırmaq, yeni istedadları üzə çıxarmaq məqsədi daşıyır.

aki.az